|
(Başqa arxadaşlara sayqım olaraq bir neçə qonunu söyləməliyəm)
!Elvar Qulivənd
Mənə savuncu lazım deyil, qruplaşmalardan uzaqlaşmaq müstəqilliyimin göstəricisidir. Bunu zəiflik deyil, qüvvət sanıram. Siz, bunu irticanın qələbəsi kimi dəyərləndirirsinizsə, deməli özünüz irtica dənizində boğulmaqdasınız.
Mənə qarşı olan şantajlara gəldikdə, Bu şantajları hansısa “bəylərin” üzərinə atmağınızın nədəni aydındır. Bunu yazından(ədəbiyyatdan) çox siyasi görüşlərlə yozmaq gərək. Davranışınızdan görünür ki, bu hansısa “bəylərin” deyil, bəlli “yoldaşların” qarın sancısıdır.Yetər yazını ideolojiyə qurban etdiyiniz
Mən, heç qrupa doğru getməyəcəyəm, əsil yazının qruplarla deyil, şəxsi çalışmalarla, müstəqil və özgür davranışlarla əldə edildiyinə inanıram. Sizin isə ağ-qara yozumlarınız (avanqard- irtica) yazına gərək deyil.
Adda qruplaşmağa qarşı olsa da, əməldə qrup sayaq davranmaqla qruplaşanların da üzünü ağ elədiz. Bu, da yeni biçimdə qruplaşmaqdan başqa bir şey deyil. Məni, bu çirkinliyə soxmağınıza izin vermərəm. Başqalarını da uslu(ağıllı) davranmağa çağırıram. “Zərərin qabağını harda alsaq xeyirdir”.
Fərqli düsünənlərə dözməyə(sizcə dözmək) məhkumsunuz. Sayqılı davranmağı bacarmaq lazım. Özəlliklə qadınlara bəslədiniz sayqısız munasibətdən, nə yönlü birisi olduğunuz bəlli. Siz sandığınız dar qrupa bir özgür qadın olaraq sığanmaram
|